Bakıda daha bir yol biabırçılığı görənləri dəhşətə gətirib.
AZXEBER.COM-un əməkdaşının lentə aldığı bu görüntülər, Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində “Moskva Kinoteatrı”nın yaxınlığındakı yolda çəkilib. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, sakinlərdən biri yolun hər iki istiqamətini kəsmək üçün dəmir darvaza düzəltdirib. Kimliyi bəlli olmayan bu şəxsin əməlinə isə nədənsə dövlət qurumları göz yumur.
AZXEBER.COM dəmir darvaza ilə bağlanılan yoldan çəkilən fotoları təqdim edir:




