Bakıda bu kişi evini tiryəkxanaya çeviribmiş

Bakıda bu kişi evini tiryəkxanaya çeviribmiş
Bütün Xəbərlər
13:17 23.10.2014
707
Bakının Nizami rayonunda tiryəkxana aşkarlanıb.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindnə həyata keçirilib.Cibgirlik cinayətilə bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində, İ.İsmayılov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Müzəffər Bağırovun evində tiryəkxana açması müəyyən edilib.M.Bağırovun mənzilinə baxış keçirilərkən satış məqsədilə əldə etdiyi 1,480 qram heroin, 5 ədəd 2 qramlıq şprisin içərisində heroindən hazırlanmış məhlul aşkar edilərək götürülüb.Müştəri qismində həmin ünvanda olan Bakı şəhər sakinləri, dəfələrlə jibgirliyə görə məhkum olunmuş, 1954-cü il təvəllüdlü Əli Novruzovdan 0,850 və 1964-cü il təvəllüdlü Elçin Nəsirlidən 0,761 qram heroin götürülüb.
OXŞAR XƏBƏRLƏR