Bakıda bu yolda torpaq sürüşməsi təhlükəsi - Hərəkət məhdudlaşdırıldı

Bakıda bu yolda torpaq sürüşməsi təhlükəsi - Hərəkət məhdudlaşdırıldı
SOSİAL
12:38 06.04.2026
783
AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki,aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. 

Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR