Bakıda böyük sıxlığın səbəbi açıqlandı - FOTO

Bakıda böyük sıxlığın səbəbi açıqlandı - FOTO
SOSİAL
12:10 02.04.2026
330
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur.

AZXEBER.COM xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən metronun "Koroğlu" stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar" dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR