Bakıda çimərlikdə çılpaq çimən xarici vətəndaş döyüldü

Bakıda çimərlikdə çılpaq çimən xarici vətəndaş döyüldü
Bütün Xəbərlər
12:30 21.09.2012
2460
Ötən gün saat 20:00 radələrində Bakının Səbail rayonu ərazisində Belarus vətəndaşı döyülüb. Səbail rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Şixov çimərliyində 55 yaşlı Belarus vətəndaşı Vitali Varoboviç möhkəm döyülüb. Belarus vətəndaşı ilə yanaşı 36 yaşlı Səməd Aydın oğlu Fərəcov da döyülüb. Onların döyülməsinə səbəb isə Vitali Varoboviçin çılpaq çimməsi olub. Bir neçə nəfər Vitalinin çılpaq çimməsinə irad bildiriblər. Vitali onların iradına əhəmiyyət verməyəndə mübahisə yaranıb. Mübahisə nəticəsində Vitali möhkəm döyülüb. Onu həmin şəxslərin əlindən almaq istəyərkən Səməd Fərəcov da xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR