Bakıda cinayətkar oğlan qadına qarşı çirkin niyyətini avtobusda reallaşdırdı

Bakıda cinayətkar oğlan qadına qarşı çirkin niyyətini avtobusda reallaşdırdı
Bütün Xəbərlər
11:15 26.10.2011
1926
Bakının Yasamal rayonunda qadına qarşı cinayət törədilib.
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayətkar çirkin niyyətini sərnişin avtobusunda həyata keçirib.
Dünən axşam saatlarında 41 yaşlı Səriyyə Quliyeva Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs Hüseyn Cavid prospektində onun içərisində 300 manat olan pul kisəsini əlindən alıb.
"347-ci məhəllədə 106 saylı sərnişin avtobusundan düşürdüm. İstədim ki, çantamdan pul çıxarıb gediş haqqını verim. Pul qabından pul çıxaran zaman əlimdən aldılar", - deyə zərərçəkmiş qadın bildirib.
Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində polis axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR