Bakıda çiyələyin dənəsi şok qiymətə satılır
ANS PRESS-in şəhərin bir neçə iri supermarketlərində apardığı kiçik araşdırma maraqlı faktları üzə çıxarıb
Bakının nəhəng supermarketlərində çiyələyin dənəsinin qiyməti 8 manat 50 qəpikdir. ANS PRESS əməkdaşının Bakının bir neçə iri supermarketlərində qeyri-mövsümü meyvələrin qiyməti bağlı apardığı araşdırma maraqlı faktları üzə çıxarıb.Belə ki, insanlar mövsümü olmayan meyvələri almaq üçün əməlli-başlı xərcə düşməli olacaqlar. Beləliklə supermarketlərdə bahalığı ilə seçilən meyvələrin qiymətini təqdim edirik:Alçanın dənəsi- 10 manatÇiyələyin dənəsi - 8,50 manat,Qara gavalının bir dənəsi - 7 manatPomelo sitrus meyvəsinin dənəsi – 4,90 manat












































