Bakıda çörəyin içindən görün nə çıxdı - FOTO

Bakıda çörəyin içindən görün nə çıxdı - FOTO
Bütün Xəbərlər
12:07 11.09.2014
6774
Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb
AZXEBER.COM  Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri, Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaş Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zaman onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR