Bakıda çörəyin qiymətini qaldırıb, çəkisini kim endirir?

Bakıda çörəyin qiymətini qaldırıb, çəkisini kim endirir?
Bütün Xəbərlər
14:43 24.02.2015
15960

Əsas strateji məhsullardan biri hesab edilən çörəyin qiymətində bahalaşmanın olub-olmayacağı gündəmin əsas mövzularından biridir.

AZXEBER.COM xəbər verir ki, əhalinin əsas tələbat məhsullarından biri olan çörəyin qiymətində artımın olmayacağı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyindən verilən rəsmi açıqlamada bildirilir ki, aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb: “Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir”.

Səlahiyyətli qurum tərəfindən belə bir rəsmi məlumat açıqlansa da, marketlərdə, mağazalarda satılan çörəyin qiymətində qiymət artımı nəzərə çarpacaq dərəcədə görünməsə də, əhalinin əsas tələbat məhsulunun çəkisində bəzi yerlərdə azalma müşahidə olunur. Bu isə əhalinin narazılığına səbəb olur.

Qeyd edək ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə mövcud situasiyalar yarandığında intensiv nəzarət tədbirləri davam etdirilməlidir. Hesab edirik ki, manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsindən sonra, İqtisadiyyat və Sənaye Nazirliyindən start verilən nəzarət xarakterli addımlar – daha konkret desək, reydlərin kəmiyyəti və keyfiyyəti artırılmalıdır. Bu addımlar xüsusilə, əhalinin daha sıx yaşadığı və daha çox alış-veriş etdiyi yerlərdə - böyük ticarət mərkləzlərində, marketlərdə mütəmadi aparılmalıdır. Aparılmalıdır ki, bəzi sahibkarlar - “işbazlar” tərəfindən sui-istifadə hallarına yol verilməsin.

Orxan

OXŞAR XƏBƏRLƏR