Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın

Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın
SOSİAL
22:28 10.06.2026
9609
Havaların istiləşməsi ilə birlikdə təbiətdə sürünənlərin, xüsusilə də ilanların aktivliyi artıb. Mütəxəssislər bildirirlər ki, yaz-yay aylarında ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünmə ehtimalı yüksəlir. Bu isə həm Bakıda, həm şəhərətrafı ərazilərdə, həm də bölgələrdə yaşayan insanlar üçün təhlükə yaradır.

Ümumiyyətlə, ilan və digər sürünənlərdən necə qorunmaq olar?

AZXEBER.COM  xəbər verir ki, "Globalinfo.az”a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanlar digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

"Buna görə də qış aylarında qışlama dövrünə keçir, havalar isinməyə başlayanda isə yenidən aktivləşirlər. Torpağın temperaturu təxminən 17-18 dərəcəyə çatdıqda ilanlar qışlama yerlərindən çıxmağa başlayır. Bu proses bəzi illərdə martda, bəzi illərdə isə aprel ayında müşahidə olunur.

Qışlamadan çıxan ilanlar uzun müddət qidasız qaldıqları üçün yem axtarmaq məqsədilə ətraf ərazilərə yayılırlar. Bu səbəbdən onların yaşayış məntəqələrində, bağlarda, təsərrüfat sahələrində və insanların istifadə etdiyi digər ərazilərdə görünməsi mümkündür. Xüsusilə yaz aylarında torpaq tam isinmədiyindən ilanlar gün ərzində daha fəal olur və insanlarla qarşılaşma halları artır”.

Mütəxəssis deyib ki, ilanlarla rastlaşmaların çoxalmasının digər səbəbi insanların onların təbii yaşayış mühitlərinə daha çox müdaxilə etməsidir:

"Yeni yaşayış məntəqələrinin salınması, təsərrüfat fəaliyyətinin genişlənməsi və təbii ərazilərin azalması nəticəsində insanlarla ilanların təmas ehtimalı yüksəlir. Bu isə bəzən ilanların sayının artdığı təəssüratı yaradır. Əslində isə ilanlar artmır, sadəcə onların yaşayış sahələri daralır.
 
Yay aylarında hava çox isti olduğundan ilanlar əsasən səhər və axşam saatlarında aktiv olurlar. Günün qızmar vaxtlarında isə daşların, ağac qalıqlarının, dəmir parçalarının və digər kölgəli yerlərin altında gizlənirlər. Belə yerləri təmizləyərkən ehtiyatlı olmaq lazımdır.

Payızda havalar soyumağa başlayanda ilanlar qışlamaq üçün sabit temperaturu olan sığınacaqlar axtarırlar. Bunlar əsasən qayaların altındakı boşluqlar, torpaqaltı çatlar və digər qorunan məkanlardır. Bəzən yaşayış evlərinin zirzəmilərinə və ya digər qapalı sahələrinə də daxil ola bilirlər”.

T.İsgəndərovun sözlərinə görə, ilanların həyətlərə gəlməsinin əsas səbəblərindən biri onların qida bazasının mövcudluğudur:

"Siçanlar, siçovullar, quş balaları və digər kiçik heyvanlar ilanları həmin əraziyə cəlb edir. Buna görə də həyətlərdə təmizlik qorunmalı, tullantılar və ilanların gizlənə biləcəyi əşyalar yığışdırılmalıdır. Bəzi insanlar kirpilərin ilanları tamamilə uzaqlaşdırdığını düşünürlər. Doğrudur, kirpi ilanla qarşılaşdıqda ona müqavimət göstərə bilər. Lakin bu, kirpinin bütün ilanları məhv etməsi və ya həyəti ilanlardan tam təmizləməsi demək deyil”.

Təvəkkül İsgəndərov deyib ki, ilan gördükdə ən vacib qayda sakit qalmaqdır:

"İlanlar adətən insana hücum etmir və ilk növbədə uzaqlaşmağa çalışırlar. Onların üstünə getmək, vurmağa və ya öldürməyə çalışmaq təhlükəlidir. Əgər ilan evdə və ya həyətdə görünərsə, təhlükəsiz məsafədə dayanmaq, mümkün olduqda onu bir əşya ilə örtərək yerini müəyyənləşdirmək və aidiyyəti qurumlardan kömək istəmək tövsiyə olunur. Profilaktik tədbirlərə əməl etməklə və ehtiyatlı davranmaqla ilanlarla qarşılaşma zamanı yaranan riskləri minimuma endirmək mümkündür”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib