Bakıda daha bir azyaşlı intihar etdi

Bakıda daha bir azyaşlı intihar etdi
Bütün Xəbərlər
11:45 08.08.2014
3009
Bakıda intihar hadisəsi baş verib.
 AZXEBER.COM xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 196 ünvanında Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətindəki məcburi köçkünlərin məskunlaşdığı tilkilidə yaşayan 2000-ci il təvəllüdlü Abdullayeva Nuşən Ceyhun qızı özünü binadan ataraq intihar edib.
14 yaşlı qız yaşadığı evin yaxınlığındakı 14 mərtəbəli binanın damından özünü avtomobil yoluna atıb. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Məktəblinin intihar səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR