Bakıda körpüdən yıxılan şəxs ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.