Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bütün Xəbərlər
11:29 17.03.2015
735
NİİM məlumat yaydı.
Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.
Məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR