Bakıda daha bir marşrut xətti bağlandı

Bakıda daha bir marşrut xətti bağlandı
Bütün Xəbərlər
09:23 14.11.2012
990
"Bakı Sərnişin Nəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov açıqlamasında bildirdi ki, Badamdar qəsəbəsi istiqamətində işləyən 34 saylı xətt avtobusunun fəaliyyətinə son qoyulub. Buna səbəb kimi həmin xəttin xırdatutumlu avtobuslardan təşkil olunması göstərilir.
E.Əzməmmədov həmin xətdə fəaliyyət göstərən avtobusların iritutumlu ilə əvəzlənməsinin də mümkünsüz olduğunu bildiridi: "Həmin marşrut üzrə hərəkət edən avtobuslar “20-ci sahə” ərazisində hündür və dar yollardan keçməli olur. İritutumlu avtobusların oradan keçməsi təhlükəli və çətindir. Ona görə də həmin xətt tamamilə bağlandı".
Departament rəsmisi əlavə etdi ki, son günlər Bakı şəhərində 11 marşrut xətti bağlanıb. Bunlar arasında 41, 19, 58, 66 saylı marşrut xətləri var.
//milli.az
OXŞAR XƏBƏRLƏR