Bakıda daha bir yanğın

Bakıda daha bir yanğın
Bütün Xəbərlər
16:11 09.06.2015
2693
Bu dəqiqələrdə Sumqayıt yolunda yerləşən "Əl Riyad" ticarət mərkəzii tüstü-dumana bürünüb. 
Oxucular Milli.Az-a həmin ticarət mərkəzinin yanması barədə məlumat veriblər.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən isə Milli.Az-a bildirildi ki, həmin ərazidə yanğın olsa da, ticarət mərkəzində deyil, "Əl Riyad"ın ətrafında quru ot yanır. Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.
Hadisə şahidləri bildirdi ki, ota yanğın zibillikdən keçib. Zibilliyə od vurulub və yanğın ota keçib, sonra isə qısa zamanda ətrafa yayılıb.
OXŞAR XƏBƏRLƏR