Bakıda daha bir yenilik

Bakıda daha bir yenilik
Bütün Xəbərlər
15:56 02.04.2012
1572

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakı ərazisində multimedia taksafonlarının quraşdırılmasına başlayıb. Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat daxil olub

Məlumata əsasən, qurğuların yerləşdirilməərazisi Bakı telekommunikasiya qovşağı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilib. Multimedia taksafonlarının quraşdırılması üzrə işlər aprelin 20-dək başa çatacaq.

Taksafonlar vasitəsilə xidmətlərin göstərilməsi həm qəpik, həm də operatorun taksafon kartlarının köməyi ilə həyata keçiriləcək.

Bundan başqa, qurğularda bütün zəruri soraq məlumatı, şəhər və rayonların kodları, habelə operatorun tarif və xidmətləri üzrə məlumat təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR