Bakıda daha bir yol açıldı - FOTO

Bakıda daha bir yol açıldı - FOTO
Bütün Xəbərlər
14:11 09.07.2014
877

Paytaxtda daha bir istifadəyə verilib.  AZXEBER.COM Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Cavadxan küçəsinin Mirmahmud Kazımovski küçəsi ilə kəsişməsindən 4-cü mikrorayon dairəsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.  Bildirilib ki, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, ötən gün axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) hissə-hissə aparılan yenidənqurma işləri tam başa çatıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsilə kəsişməsindən Tbilisi prospektilə kəsişməsindək olan son hissəsində aparılan yenidənqurma işləri yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR