Bakıda daha bir yol biabırçılığı - FOTOLAR

Bakıda daha bir yol biabırçılığı - FOTOLAR
Bütün Xəbərlər
13:32 28.08.2014
2322

Yarımçıq təmir edilən yol istifadəyə verilib.

Bir müddət əvvəl təmirə dayandırılan Binəqədi-Biləcəri yolunda təmir-bərpa işləri yarımçıq saxlanılıb. Ərazidə yaşayan sakinlərin AZXEBER.COM-a verdikləri məlumata görə, yolun  DSK adlanan əraziyə qədər olan hissəsində yeni kanalizasiya xətlərinin çəkilməsindən sonra yolda müəyyən işlər görülməyə başlanılıb. Yol genişləndirilib və piyadaların sərbəst hərəkətini təmin etmək üçün səkilər düzəldilməsi nəzərdə tutulub. Ancaq bağlı qalan yol bir neçə həftə sonra yarımçıq istifadəyə verilib.

Sakinlərin sözlərinə görə, yolun yarımçıq istifadəyə verilməsi ərazidə baş verəcək qəzaların da sayını artıracaq:

“Yolun ortasında qum topaları da var ki, bu yarımçıq istifadəyə verilən yolda avtomobil qəzalarının da baş verməsinə səbəb ola bilər. Bununla yanaşı yolda işıqlandırma sisteminin olmaması da bu ehtimalı daha da gücləndirir”.

Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxladıq. Mətbuat katibi yolun yarımçıq istifadəyə verilməsi xəbərini yalanlayıb. O yolda hələ işlərin davam etdirildiyini bildirib.  

“Xeyir yol hələ istifadəyə verilməyib. Yolda təmir işləri hələ də davam edir”.

P.S Əraziyə baxış keçirən əməkdaşımız isə yolda avtomobillərin hərəkətdə olduğunu və yolun yarımçıq istifadəyə verdiyini təsdiqləyib.

Ərazidən çəkilən fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"