Bakıda daha bir yol təmirə bağlandı

Bakıda daha bir yol təmirə bağlandı
Bütün Xəbərlər
17:53 23.03.2015
785
Sürücülərə alternativ yoldan istifadə etmələri tövsiyə olunur.
Bakıda daha bir yol təmirə bağlanıb.
AZXEBER.COM  xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata görə, Atatürk prospekti "Gənclik" metrostansiyası istiqaməti Akademik Həsən Əliyevlə kəsişməsindən Məmməd Arazla kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Küçənin həmin hissəsində asfalt örtüyü və kommunikasiya xətləri yenilənir.
Sürücülərə alternativ yoldan istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR