Bakıda daş karxanasında bıçaqlanma olub

Bakıda daş karxanasında bıçaqlanma olub
Bütün Xəbərlər
15:21 22.01.2012
1344
Paytaxtın Qaradağ rayonunda 32 yaşlı şəhər sakini bıçaqlanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə daş karxanasında baş verib.  Belə ki, 1980-ci il təvəllüdlü Nazim Həsənov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Polis şöbəsindən hadisənin baş vermə səbəbləri tam açıqlanmasa da, faktla bağlı istintaq aparıldığı bildirildi. Hadisə şahidi, bıçaqlanan şəxsin qardaşı Hidayət Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisənin baş verməsinə daş karxanasında işlə əlaqədar yaranan narazılıq səbəb olub. Daş yonma cihazlarının yerinin düzgün qoyulmaması və sexdə yer üstündə Camal və İlahəddin Salamov qardaşları ilə Hidayət və Nazim Həsənov qardaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı problemi həll edə bilməyən tərəflər dava etməyə başlayıblar. Qeyd edək ki, insident zamanı bıçaqlanan Nazim Həsənov Musa Nağıyev adına Xəstəxanaya yerləşdirilib, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR