Bakıda dəhşət: 2 yaşlı uşaq valideynlərinin gözü qarşısında öldü
Bütün Xəbərlər
00:40 25.12.2011
3851
Bakının Nərimanov rayonunda azyaşlı uşaq faciəvi şəkildə ölüb.Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 2 yaşlı Tural Niftiyev valideynlərinin gözü qarşısında binanın 7-ci mərtəbədən yerə düşüb. Dəhşətli hadisə Koroğlu Rəhimov küçəsi, bina 1-də baş verib. Valideynləri ilə binanın liftinə minən T.Niftiyev qəflətən qapının açılması nəticəsində 7-ci mərkəbədən şaxtaya düşüb. Azyaşlı aldığı xəsarətdən yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.