Bakıda dəhşət: 20 yaşlı arvadını öldürüb, intihar etdi

Bakıda dəhşət: 20 yaşlı arvadını öldürüb, intihar etdi
Bütün Xəbərlər
12:57 21.10.2011
1810
Oktyabrın 21-də Bakının Sabunçu rayonunda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbə sakini, 1991-ci il təvəllüdlü Rübabə Hüseynovanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Mehdi Hüseyn küçəsindəki yeni tikilidə tapılıb. Daha sonra həmin evin həyətindəki qarajdakı yardımçı otaqda 20 yaşlı qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü Nizami Həsənovun asılmış meyiti aşkarlanıb. İlkin ehtimala görə, 31 yaşlı N.Həsənov arvadını öldürdükdən sonra intihar edib. Hadisənin motivi və hansı zəmində baş verməsi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR