Bakıda DƏHŞƏT - Gənc oğlan kirayədə yaşayan anası və bacısını amansızlıqla öldürdü

SOSİAL
10:23 14.12.2019
5573
Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Akkord”un 10-cu binasında baş verib.

Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.

Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vafa qızı Həmzəyevadır.

Gənc qızın boğazının kəsildiyi və anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir.

Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Deyilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb.

Hüquq mühafizə orqanlarından hadisəni təsdiqlədilər. Bildirildi ki, dəhşətli qətli törətməkdə şübhəli olan şəxs axtarışa verildiyi üçün hələlik onun kimliyi açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:24 19.09.2020

Ermənistan PKK terrorçularını işğal altındakı Dağlıq Qarabağa yerləşdirir - VİDEO

20:13 19.09.2020

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

19:30 19.09.2020

“Sən kimsən ki, bizimlə şərt dilində danışırsan” - Prezidentdən Paşinyana

19:20 19.09.2020

"İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir"

19:15 19.09.2020

"Neftçi" "Başakşehir"in futbolçusunu icarəyə götürdü

19:02 19.09.2020

“Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!”

18:39 19.09.2020

Taleh Yüzbəyov: AFFA-nı qınamaq düzgün deyil - VİDEO

18:12 19.09.2020

"Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir"

17:49 19.09.2020

Təhsil naziri intihar edən 27 yaşlı müəllimdən yazdı

17:29 19.09.2020

MAG 9-cu mövsümünə start verir - VİDEO

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

X Mostbet