Putin və Tramp gizlicə danışıblar?

Putin və Tramp gizlicə danışıblar?
DÜNYA
14:38 11.10.2026
99
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında heç kimin xəbəri olmayan məxfi bir telefon danışığı baş tutmuş ola bilər.

AZXEBER.COM  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbəti zamanı bildirib.

Belə ki, Peskov jurnalistin müvafiq sualına gülərək: "Sizin xəbərinizin olmadığı bir zəng... bəlkə də ola bilərdi” deyə cavab verib. Lakin mətbuat katibi belə bir danışığın, ümumiyyətlə, baş tutmaya biləcəyinə də işarə vurub.

Qeyd edək ki, məlum olan son rəsmi telefon danışığı oktyabrın 9-da baş tutub və təxminən saat yarım davam edib. Peskovun sözlərinə görə, Trampın təşəbbüsü ilə söhbətin böyük hissəsi Ukrayna münaqişəsinin həllinə həsr olunub. Rusiya rəsmisi bildirib ki, Putin Vaşinqtonun gərginliyin azaldılmasına dair bəzi təkliflərini anlayışla qarşılayıb. Lakin Trampın dəqiq hansı təşəbbüsləri irəli sürdüyü açıqlanmayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bu danışığı olduqca məzmunlu və səmimi qiymətləndirib. O həmin telefon danışığı ilə bağlı "heç kim dəstəyi birinci asmaq istəmirdi” sözlərini əlavə edib.
OXŞAR XƏBƏRLƏR