Bakıda dəhşət: gənc qız öldü, yollar bağlandı

Bakıda dəhşət: gənc qız öldü, yollar bağlandı
Bütün Xəbərlər
11:57 19.12.2011
3297
Dekabrın 19-da səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın “Qaynar xətt”inə daxil olan məlumata görə, Sabunçu dairəsindən metronun “Əzizbəyov” stansiyasına gedən yolda 18-20 yaşlı qızı avtomobil vurub. Nəticədə qız hadisə yerindəcə keçinib. Hadisə avtomobillərin intensiv hərəkət etdiyi zaman baş verdiyindən bir çox qəsəbələri şəhərin mərkəzi ilə birləşdirən yolda tıxac yaranıb. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, qəzanı törədən avtomobil hadisə yerindən qaçıb. Hazırda həmin maşının müəyyən edilməsi istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR