Bakıda dəhşətli olay: armatur kişinin başına girdi

Bakıda dəhşətli olay:  armatur kişinin başına girdi
Bütün Xəbərlər
11:18 25.06.2013
1899

Həkimlər kişinin həyatını xilas edə bilməyib.

Bakı şəhərində aparılan tikintidə hündürdən düşən armatur işçinin başına girib. Dəhşətli hadisə Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi, ev 117-də aparılan tikintidə baş verib. Kran vasitəsilə qaldırılan armatur həmin tikintidə işləyən 51 yaşlı Bakı sakini İlham Adıgözəlovun başına düşüb. O, çoxsaylı bədən xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər onu cəmi bir neçə saat həyatda saxlamağı bacarıblar. İ.Adıgözəlov xəstəxanada keçinib. Nəsimi rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.az

OXŞAR XƏBƏRLƏR