Bakıda dəhşətli partlayış: ölən var - FOTO

SOSİAL
13:22 19.11.2021
821
Bakıda partlayış baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Usta kondisionerə qaz vurarkən partlayış olub, usta hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR