Bakıda dəhşətli partlayış: ölən və yaralananlar var

Bakıda dəhşətli partlayış: ölən və yaralananlar var
Bütün Xəbərlər
14:03 01.10.2012
2959

Heydər Əliyev adına Neft Emalı zavodunda güclü partlayış olub, ölənlər, yaralananlar var. Bu barədə hadisə yerində olan əməkdaşımız Röya Rəfiyeva məlumat verib.

Reportyorumuzun sözlərinə görə, hazırda o, zavodun önündədir, partlayışdan sonra əmələ gəlmiş yanğının lokallaşdırılması prosesi gedir, jurnalistləri içəriyə buraxmırlar, şəkil çəkməyə qoymurlar, təxliyə edilən fəhlələr yaxınlıqdakı parka daşınıb.

İlkin məlumata görə, partlayış zamanı 10-a yaxın adam ya ölüb, ya da ciddi xəsarət alıb.

Hazırda FHN-nin xilasediciləri və yanğınsöndürənləri hadisə yerində çalışırlar. /// musavat.com

OXŞAR XƏBƏRLƏR