Bakıda dəhşətli qətl: - Keçmiş polis əməkdaşı həyat yoldaşını boğaraq öldürdü

Bakıda dəhşətli qətl: - Keçmiş polis əməkdaşı həyat yoldaşını boğaraq öldürdü
Bütün Xəbərlər
23:11 02.05.2014
2062
Faktla bağlı istintaq aparır.
Bakıda dəhşətli qətl hadisəsi törədilib.
AZXEBER.COM xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb.
Hadisəyə ailəyə daxili münaqişə səbəb olub. Dilavər Əhmədov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Yasamal rayon prokurorluğu istintaq aparır.
D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR