Bakıda dəhşətli qəza: 1 nəfər öldü, yaralılar var - Avtobus maşınları əzdi
Bütün Xəbərlər
23:31 24.10.2012
2902
Bu gün saat 22.45 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib. Belə ki, 194 saylı xətt üzrə hərəkət edən iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Avtobus daha sonra avtobus 4-5 minik avtomobilinini əzib. Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib. Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda xəsarət alan var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.