Paytaxtda ölümlə nəticələnən ağır qəza baş verib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, dünən axşam saatlarında Sabunçu rayonunun Bilgəh qəsəbəsində Səfərova Lalə Telman qızı “Mercedes Gallenvagen” markalı avtomobili ilə “VAZ-2104” markalı avtomobili vurub. Bundan sonra idarəetməni itirən “Mercedes” yol kənarındakı bağ evlərindən birinin hasarında çırpılıb. Divara dəyən maşın 30 metr kənara tullanıb. Hadisə nəticəsində maşında yanğın baş verib və sürücü qız maşınla birlikdə yanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
(fotolar minval.az-a məxsusdur)