Bakıda dəhşətli yanğın – FOTO

Bakıda dəhşətli yanğın – FOTO
Bütün Xəbərlər
00:56 19.01.2013
1884

Bakının Nərimanov rayonunda güclü yanğın baş verib.

AZXEBER.COM-un məlumatına görə, yanğın gecə saatlarında Nərimanov rayonu Ağa Neymətulla keçəsində, “Mono Liza” restoranının arxasında baş verib.

Hadisə şahidlərinin AZXEBER.COM-un elektron ünvanına göndərdikləri məlumatda, hadisənin mebel hazırlanan sexdə baş verdiyi bildirilib. Yanğının qarşısının alınması üçün əraziyə 10 yanğınsöndürmə maşını cəlb edilib.

Yanğının bir neçə saat sonra söndürüldüyü qeyd olunub. Hadisə nəticəsində xəsarət alanın olub-olmaması hələlik məlum deyil.

Yanğın zamanı çəkilmiş fotonu təqdim edirik.

OXŞAR XƏBƏRLƏR