Bu barədə AZXEBER.COM-a şikayətçi vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, dəmiryol vağzalının kassasına yaxınlaşıb Lənkəran şəhərinə bilet almaq istəyib. Bu zaman kassir vətəndaşa bileti üstündə yazılan qiymətdən daha baha qiymətə satıb. Kassir buna bəhanə kimi, xırda pulunun olmaması ilə əlaqələndirib. Ancaq anoloji halla digər vətəndaşlar da üzləşib və bu kassaların önündə haqlı narazılığa səbəb olub.
Xatırladaq ki, bayram günlərində kassalarda suni şəkildə qiymətlərin qaldırılması artıq ənənə halına çevrilib.