Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapıldı

Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapıldı
Bütün Xəbərlər
14:40 07.08.2014
8744
9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir
 Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10 yaşlı Kəmalə Qafil qızı Əliyevanın meyiti batdığı yerdən 800-900 metr aralıda, qayaların yanında aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.
Onun qardaşı 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva, onun qardaşları - 9 yaşlı Elgün Qafil oğlu Əliyev, 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.
6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri bir qədər əvvəl tapılaraq ailələrinə təhvil verilib.
Dövlət Sulardan Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir