Bakıda dərsdən qayıdan müəllimə faciəvi şəkildə öldü
Bütün Xəbərlər
13:47 01.11.2012
1387
Oktyabrın 31-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Rayon Polis İdarəsindən verilən məlumata görə, Həsənoğlu küçəsində 1983-cüil təvəllüdlü İsmayılov Nəsimi Bayram oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Nərimanov rayon sakini, 1962-ci il təvəllüdlü Xəlilova Rəhilə Hüseyn qızını vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.