Dekabrın 21-nə keçən gecə Bakıda əcnəbi ölkə vətəndaşı döyülüb. Səbail Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 01 radələrində Bülbül prospekti 14 saylı ünvanda yerləşən diskotekasında Fransa vətəndaşı 58 yaşlı Maqsud Məqbiyə döyülüb. Məlum olub ki, Fransa vətəndaşını gecə klubunun müdiri, 1980-ci il təvəllüdlü Rahib Ağayev vurub.