Bakıda dostunu öldürən tələbəyə cəza verildi

Bakıda dostunu öldürən tələbəyə cəza verildi
Bütün Xəbərlər
19:00 24.10.2014
763
Prokuror onu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin cinayət işi üzrə hökm oxunub.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Yusif Ələkbərzadənin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Posesdə Y.Ələkbərova 9 il azadlıqdan mərhum etmə cəzası verilib.
Qeyd edək ki, Yusif Ələkbərzadə bu ilin iyunun 5-də Bakıxanov qəsəbəsində, 96 saylı məktəbin həyətində dostu, 1992-ci il təvəllüdlü Elçin Abbasovu bıçaqlayaraq qətlə yetirib. Yusif Ələkbərzadə Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. Elçin Abbasov isə tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.
OXŞAR XƏBƏRLƏR