Bakıda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon ərazisində Elnur Mehdiyev adlı şəxs Bəhruz Çıraqovu bıçaqlayıb. B.Çıraqov xəstəxanaya yerləşdirilib.Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehtiyev yaxalanıb.