Bakıda dünyanın ən böyük rəqs yarışması olacaq

Bakıda dünyanın ən böyük rəqs yarışması olacaq
Bütün Xəbərlər
11:31 29.08.2013
953
“İrəli” İctimai Birliyinin (İB) “iDance” komandası “My Dance” yarışmasında iştirak edəcək. İB-nin mətbuat xidmətindən verilən məlumata görə, “My Dance” rəqs şousu ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Bu payız isə dünyanın ən böyük rəqs yarışması ilk dəfə Bakıda keçiriləcək.“My Dance” yarışmasının məqsədi istedadları bir araya gətirməkdir. Layihədə heç bir yaş məhdudiyyətı qoyulmur. Yarışmaya 8 komandanın qatılacağı və hər bir komandada yüzlərlə könüllünün iştirakı nəzərdə tutulub. Hər komanda həftədə bir dəfə canlı efir vasitəsilə peşəkar xoreoqrafın rəhbərliyi altında hazırladığı rəqsi nümayiş etdirəcək. Rəqslər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.Dövlət Bayraq Meydanında təşkil olunacaq yarışmalar Gənclər və İdman Nazirliyinin dəstəyi iə canlı efir vasitəsilə yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR