Bakıda əl qumbarası tapılıb

Bakıda əl qumbarası tapılıb
Bütün Xəbərlər
19:07 11.12.2014
488
Paytaxtda istifadəyə yararsız əl qumbarası tapılıb. 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. İstifadəyə yararsız vəziyyətdə olan bir ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.
OXŞAR XƏBƏRLƏR