Bakıda əməliyyat: Polis qumarxananı basdı - FOTOLAR

Bakıda əməliyyat: Polis qumarxananı basdı - FOTOLAR
Bütün Xəbərlər
14:31 24.11.2014
1681
DİN məlumat yaydı.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtda qanunsuz qumarxana fəaliyyətinin qarşısını alınıb.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Səbayel rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır ki, qumarxana təşkil ediblər.
Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib.
Faktla bağlı DİN BMCMİ-nin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR