Artıq tikintisinə başlanılan "Avtovağzal" stansiyası çox müasir görkəmdə olacaq. Bu stansiya Bakıda ən uzun platformalı olacaq ki, bu xətt üzrə hərəkət edən qatarlara 7 vaqon qoşulacaq. Bundan başqa “Avtovağzal” stansiyasının platformasının sütunsuz olması nəzərdə tutulub. "Avtovağzal" stansiyasının tikintisi istiqamətində artıq xeyli işlər görülüb. Stansiya 2013-cü ildə təhvil veriləcək. “Avtovağzal”a gediş, keçid stansiyası olan “Cavadxan” vasitəsilə olacaq. Bu xəttin uzunluğunun 2 kilometr 200 metr olması nəzərdə tutulur. Qeyd edək ki, Bakı Metropolitenində platforması sütunsuz olan ilk və hələlik yeganə stansiya “Azadlıq prospekti”dir.