Xəzər Pirallahı seçki dairəsində seçicilərin ümumilikdə 20,9% -i səsverməyə qatılıb
Paytaxt Bakıda seçkilər üzrə ən yüksək aktivlik 13 Saylı Xəzər Pirallahı Seçki Dairəsi ilk pilləni tutub. Seçkilər İnformasiya Mərkəzində verilən son məlumata görə, orada seçicilərin ümumilikdə 20,9% -i səsverməyə qatılıb. Lakin 2 saat ərzində 33 Saylı Xətai rayonu 1-ci Seçki Dairəsində yalnız 9,29 % seçicisi səsverməyə qatılıb.
Qəbələlilər bu iki saat ərzində səsvermə prosesində daha aktiv iştirak edirlər. Bölgələr üzrə səsvermənin sayına görə ilk pillədədirlər 24,72 %. Amma Kəpəz rayonu 2-ci Seçki Dairəsi bu pillədə 10,24 % səslə sonuncudur”.(ANSPRESS)