Faktla bağlı araşdırma aparılır.
Ötən gün axşam saatlarında Bakının Nərimanov rayonu ərazisində hamilə qadın vəhşicəsinə döyülüb. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən verilən məlumata görə, Nərimanov rayon Təbriz küçəsi 8 ünvanında 33 yaşlı Günay Məmmədova qısqanclıq zəmnində əri tərfindən vəhşicəsinə döyülüb.
Hadisə yerinə gələn polislər onu xəstəxayana aparıblar. Müayinə zamanı Günay Məmmədovanın 24 həftəlik hamilə olduğu müəyyən olub. Hamilə qadını döyən həyat yoldaşı polis tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.