Bakıda ər arvadı ilə yataqda tutduğu kişinin qanını tökdü
Bütün Xəbərlər
00:15 08.09.2012
1796
Abşeron rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən milli.az-a verilən məlumata görə, Qobu qəsəbəsində yaşayan Zaur İsmayılov bıçaqla Seymur adlı şəxsə ağır bıçaq xəsarəti yetirib.Məlum olub ki, o, evə gəlib və ikinci mərtəbədə həyat yoldaşını Seymurla yataqda tutub. Özünü saxlaya bilməyən Zaur bıçaqla Seymura 6 zərbə vurub. Hazırda yaralı 1 saylı şəhər Xəstəxanasındadır, vəziyyəti ağırdır.