Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin "EuroClub"unun açılış mərasimi keçirildi. AZXEBER.COM-un məlumatına görə, açılış mərasimində 57-ci “Eurovision” müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri, tanınmış simalar iştirak ediblər. Gecədə müxtəlif illərin, eləcə də builki “Eurovision”un hitləri səsləndirilib. Səhər saatlarına qədər davam edən mərasimdə yerli və xarici jurnalistlər, fanlar əyləniblər. Qeyd edək ki, Bakı "EuroClub"u sahəsi və texniki avadanlıqlar baxımından son illərin "EuroClub" larından fərqlənir. Burada mayın 19-da “Eurovision-2012”-nin rəsmi açılış mərasimi keçiriləcək.