Bakıda 'Eurovision şəhərciyi' yaradılacaq

MƏDƏNİYYƏT
15:17 27.01.2012
2931
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Eurovision şəhərciyi" (EuroVillage) yaradılacaq.“Eurovision-2012” mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli Trend-ə deyib ki, “EuroVillage”in yaradılması “Eurovision” mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. “EuroVillage” açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.Kərimli deyib ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Euroclub" da yaradılacaq. Burada “Eurovision”a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada “Eurovision” mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.Onun sözlərinə görə, hazırda həm “EuroVillage”, həm də “Euroclub”un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”a yaxın yerdə yaradılması nəzərdə tutulur. Adil Kərimli “EuroVillage” və “Euroclub”un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Eurovision” müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb. Mayın 22-si və 24-də “Eurovision 2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb