Bakıda 'Eurovision' təmsilçisinə evlilik təklif edildi
MƏDƏNİYYƏT
10:40 23.05.2012
2326
Kipr təmsilçisi İvi Adamou "Eurovision" Mahnı Müsabiqəsi 2012-nin yarımfinalından sonra təşkil olunan mətbuat konfransında gözlənilməz sualla qarşılaşıb. Rusiyalı jurnalist müğənniyə sevgi elan edərək "Mənimlə evlənərsinizmi?" sualını verib. "Eurovision" Mahnı Müsabiqəsini işıqlandırmaq məqsədilə Azərbaycana gələn telejurnalist İvini Hollivud ulduzları ilə müqayisə edərək, ona filmlərdə çəkilməyi də məsləhət görüb.