Bakıda evdən içərisində 340 min manat olan seyf oğurlanıb -VİDEO

Bakıda evdən içərisində 340 min manat olan seyf oğurlanıb -VİDEO
SOSİAL
16:22 13.06.2024
296
Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb.

Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
16:13 11.07.2026
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
16:04 11.07.2026
DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq
İlham Əliyev Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar
15:59 11.07.2026
İlham Əliyev Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - Video
15:43 11.07.2026
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - Video
Xamenei atasının və öldürülən digər iranlıların qisasının alınacağını bildirib
15:27 11.07.2026
Xamenei atasının və öldürülən digər iranlıların qisasının alınacağını bildirib
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
15:17 11.07.2026
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
15:01 11.07.2026
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
“Şeiri mən yazım, müəllif Sən ol...” - Foto
14:41 11.07.2026
“Şeiri mən yazım, müəllif Sən ol...” - Foto
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb
14:32 11.07.2026
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb
“Doğma elin simaları” kitabı işıq üzü görüb
14:24 11.07.2026
“Doğma elin simaları” kitabı işıq üzü görüb
“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - Video
14:21 11.07.2026
“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - Video
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
14:08 11.07.2026
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
Zərdabda narkotikin təsiri altında maşın sürən şəxs saxlanılıb
13:56 11.07.2026
Zərdabda narkotikin təsiri altında maşın sürən şəxs saxlanılıb
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
13:45 11.07.2026
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var
13:30 11.07.2026
Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
13:14 11.07.2026
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib