Bakıda evdən qeyri-rəsmi nikahda yaşayan cütlüyün meyiti tapıldı

Bakıda evdən qeyri-rəsmi nikahda yaşayan cütlüyün meyiti tapıldı
SOSİAL
19:02 24.02.2020
2637

Bakıda iki nəfər dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR